17 mart 2016 16:15
Niderland - Azərbaycan matçı 7,5 avroya
Futzal üzrə dünya çempionatının pley-off mərhələsi çərçivəsində martın 22-də Almere şəhərində keçiriləcək Niderland - Azərbaycan oyununa bilet satışı davam edir. Azerisport.az xəbər verir ki, biletlərin qiyməti 7,5 avrodur (təxminən 13 AZN).
Qeyd edək ki, "Topsportsentrum"da keçiriləcək bu oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
