17 mart 2016 14:30
İsrafilov: Prosineçkidən məni toplanışdan azad etməsini xahiş etdim
İspaniyanın "Kordoba" klubunun yarımmüdafiəçisi Eddi İsrafilov Azərbaycan yığmasının qarşıdakı toplanışına və Qazaxıstanla yoxlama oyununa qatılmamasından danışıb. Azerisport.az xəbər verir ki, o, İspaniya mətbuatına açıqlamasında o, bunları söyləyib:
"Həmin günlərdə "Kordoba"nın "Alaves"lə prinsipial oyunu olacaq. Buna görə də millinin baş məşqçisi Robert Prosineçkidən xahiş etdim ki, məni bu toplanışdan azad etsin. Hazırda komandamız Sequnda Liqada çox yaxşı mövqedə qərarlaşıb. İkinci yerdən cəmi üç xal geri qalırıq. Qarşıdakı "Numansiya" ilə səfər oyunundan mütləq qalib ayrılmalıyıq ki, turnir cədvəlindəki vəziyyətimizi daha da yaxşılaşdıraq".
