17 mart 2016 14:15
Rahid Əmirquliyev mövsümü erkən bitirə bilər
"Qarabağ"ın yarımmüdafiəçisi Rahid Əmirquliyev sabah əməliyyat olunduğu Almaniyadan Azərbaycana qayıdacaq. Azerisport.az xəbər verir ki, futbolçu hələ məşqlərə nə vaxt başlayacağını bilmir.
Amma böyük ehtimalla bu mövsüm onun üçün başa çatıb: "Məşqlərə dəqiq nə vaxt başlayacağımı bilmirəm. Yaxın günlərdə həkimlər bu barədə qərarlarını açıqlayacaqlar".
