17 mart 2016 14:00
Samir Abasov: Rəhbərlik məni dəstəkləyir
"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının 26-cı turu çərçivəsində "Rəvan"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Normal qaydada hazırlaşırıq. Hər şey qaydasındadır. Axşam saat 21:00-da meydana çıxacağıq ki, bir qədər buna alışmamışıq. Amma bu, problem olmamalıdır. "Qarabağ"a ardıcıl üç məğlubiyyətdən sonra bu oyunda qələbə qazanmağa borclu olduğumuzu anlayırıq. Bayram ərəfəsində komandadakı əhval-ruhiyyəni yaxşılaşdırmaq istəyirik. "Rəvan" dinamik komandadır. Bu üzdən də belə kollektivlərə qarşı oynamaq həmişə çətin olur. Rəhbərlik son uğursuzluqlara görə məni postumdan uzaqlaşdırmaqla hədələmir? Xeyr. Əksinə, məni dəstəkləyirlər".
