17 mart 2016 13:45
Niderland Azərbaycanla matç öncəsi məğlubiyyətlə üzləşdi
Dünya çempionatının final mərhələsinə vəsiqə uğrunda futzal üzrə Azərbaycan yığması ilə pley-off oyunlarında qarşılaşmalı olan Niderland millisi yoxlama oyununda qüvvəsini sınayıb. Azerisport.az xəbər verir ki, millimizin rəqibi Macarıstanla üz-üzə gəlib.
Qarşılaşma hollandların 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, Niderland ilə Azərbaycan arasındakı ilk oyun martın 22-də rəqib meydanında baş tutacaq.
