17 mart 2016 11:45
Qəbələ nigeriyalı oyunçunu bəyənmədi
"Qəbələ" baxışa yeni legioner dəvət edib. Azerisport.az xəbər verir ki, bu, nigeriyalı futbolçu Şerif İsadır.
25 yaşlı yarımmüdafiəçi bir neçə gün idi ki, bölgə təmsilçisinin düşərgəsində hazırlıq keçirdi. Amma o, baş məşqçi Roman Qriqorçukun etimadını qazana bilməyib. Bu üzdən də ukraynalı mütəxəssis İsanın komandada qalmasını istəməyib.
Qeyd edək ki, İsanın son klubu Ukrayna "Olimpik"i (Donetsk) olub.
