17 mart 2016 00:40
Rusiya - Azərbaycan oyunu 4,5 manata
AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan və Rusiyanın 21 yaşadək futbolçulardan ibarət yığma komandaları arasında keçiriləcək oyunun biletləri satışa çıxarılıb. Azerisport.az xəbər verir ki, Rostovda keçiriləcək bu qarşılaşmanın biletləri 200-1000 rubl aralığında dəyişir. Bu da Azərbaycan manatı ilə 4,5 - 24,5 manat təşkil edir.
Qeyd edək ki, Rusiya - Azərbaycan qarşılaşması martın 24-də keçiriləcək və Bakı vaxtı ilə saat 20:30-da start götürəcək. Bu komandalar arasında Bakıda baş tutan görüşdə millimiz 3:0 hesabıyla üstün olmuşdu.
