17 mart 2016 00:30

Musayev: Avropada özünü göstərə biləcək yeganə futbolçumuz Abdullayevdir

Azərbaycan yığmasının sabiq hücumçusu Samir Musayev milli komandamızın Türkiyə toplanışı və Qazaxıstanla yoxlama oyunu üçün açıqlanmış heyəti barədə fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:

"Yığmanın heyətində gözlənilməz heç nə görmədim. Çünki bizim onsuz da geniş seçim imkanımız yoxdur. Bir halda ki, millinin məşqçilər korpusu bu oyunçulara dəvət göndərib, deməli, hazırda ən layiqli olanlar bunlardır. Amma mən "Neftçi"dən Elşən Abdullayevi də bu heyətdə görmək istəyərdim. Hazırda o, Avropaya getməyə, orada özünü göstərməyə qadir yeganə futbolçumuzdur. Amma milliyə niyə dəvət edilmədiyini bilmirəm".

Musayev həmçinin Topaz Premyer Liqasının 26-cı turu çərçivəsində keçiriləcək "Qəbələ" ilə "Qarabağ" arasındakı oyun öncəsi düşüncələrini paylaşıb: "Ağdamlılar bu görüşdə qalib gəlsələr, onda bu komandanın bir rəqibi qalacaq - "Zirə". Amma çempionatına sonuna hələ 11 tur qalır. Ona görə də indidən çempionluqdan danışmaq tezdir. Həm də öncə "Qəbələ"yə qalib gəlmək lazımdır".

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.