16 mart 2016 18:00
XL futbolçularını maaşla sevindirdi
"Xəzər Lənkəran"ın futbolçuları 4-5 ay idi ki, maaşlarını ala bilmirdilər. Azerisport.az xəbər verir ki, klub rəhbərliyi bu gün komanda üzvlərini sevindirib.
Belə ki, futbolçular iki ayın maaşını alıblar.
Qeyd edək ki, XL 25 turdan sonra Premyer Liqada 14 xalla doqquzuncu pillədə qərarlaşıb.
