16 mart 2016 17:20

Vəli Qasımov: Neftçiyə elə məşqçi lazım deyil

"Neftçi"nin baş məşqçisi Vəli Qasımovun azerisport.az saytına müsahibəsi

- Bildiyimizə görə, "Neftçi" rəhbərliyi əsas heyətdən tutmuş aşağı yaş qrupları üzrə komandalara qədər vahid oyun sistemi müəyyənləşdirib. Öncə buna münasibətinizi bilmək istərdik...
- İnkişaf etmiş Avropa ölkələrinin klublarının demək olar ki, hamısı vahid oyun sistemi ilə çıxış edir. Belə olan halda klubun işi daha faydalı alınır. Hətta klubun akademiyası da həmin sistemə uyğun futbolçular yetişdirməklə məşğul olur. Bir sözlə, aşağı yaş qrupları üzrə komandalardan əsas komandaya yüksələn futbolçular hazır gəlmiş olurlar.

- Bəs rəhbərlik və ya əsas komandanın baş məşqçisi dəyişsə, onda necə?
- İdeyaya görə, bu sistem istənilən halda dəyişməməlidir. Dəyişən sadəcə, insanlar olmalıdır. Belə işləmək asandır.

- Bəs "Neftçi"nin yeni baş məşqçisinin öz oyun sistemi, futbola öz baxışı olsa, onda necə olacaq?
- Ona görə də biz həmişə deyirik ki, "Neftçi"yə lazım olan məşqçi axtarırıq. Heç kimə sirr deyil ki, yeni gələn məşqçi öz şərtlərini, arzularını həyata keçirmək üçün gəlir. Amma "Neftçi"yə belə məşqçi lazım deyil. Çünki bizim öz büdcəmiz var ki, bu da hansısa mütəxəssisin istədiyi oyunçuları gətirməsinə imkan vermir.

- Böyük ehtimalla sizə Azərbaycan futbolundan xəbərsiz olan məşqçilər uyğun gəlmir. Yaxın gələcəkdə, məsələn, Emin Ağayev kimi bir məşqçini bu klubun sükanı arxasında görə bilərik?
- Mən komandanın dəqiq kimə və nə vaxt tapşırılacağını söyləyə bilmərəm. Çünki konkret maraqlandığımız məşqçi yoxdur. Bizə elə məşqçi lazımdır ki, öz yetirmələrimizi qiymətləndirsin, onların potensialını aça bilsin.

- "Neftçi" bu mövsümü sizinlə başa vuracaq?
- Mən hazırda baş məşqçi vəzifəsini müvəqqəti yerinə yetirirəm, həm də klubun idman direktoruyam. Təbii ki, komandanın Premyer Liqadakı vəziyyətini yaxşılaşdırmaq üçün çalışıram. Azərbaycan kubokunda da uğur qazanmaq istəyirik. Məni hazırda daha çox bunlar düşündürür.

- Mütəxəssislərin əksəriyyəti "Neftçi"nin indiki legionerlərinin səviyyəsinin aşağı olduğunu iddia edir...
- Nəticə yoxdursa, futbolçu öz potensialını tam aça bilmirsə, şübhəsiz ki, onun səviyyəsinin aşağı olduğu deyiləcək. Amma biz onların daha artığını etməyə qadir olduqlarını bilirik. Mən komandanı yerli və əcnəbi futbolçulara bölmək istəməzdim. Bizdə bütövlükdə komanda öz imkanlarından çox aşağı çıxış edir.

- İndiki legionerlərin bəzisini siz gətirdiyiniz üçün sizin ünvanınıza da tənqidlər səslənir...
- Mən ispan dilində danışıramsa, bu, o demək deyil ki, ispandilli futbolçuları komandaya mən gətirmişəm. Klubun seleksiya xidmətinin rəhbəri Bəxtiyar Musayev hesab olunur. O, bizə gələn ilk təklifləri nəzərdən kçeirir. Futbolçuları məhz o axtarır və bizə təklif edir. Ondan sonra texniki heyət - idman direktoru, baş məşqçi və onun köməkçiləri, Musayev təklif olunan futbolçuları müzakirə edirik. Bəyənilən futbolçuları izləmək üçün həmin ölkələrə gedirik. Yalnız ondan sonra bu və ya digər qərarlar qəbul edirik. Kimsə hansısa oyunçunun transferinə qarşı çıxsa, həmin məsələ qapanmış hesab olunur. Yəni hər kəsin veto qoymaq hüququ var. Hətta mən hansısa oyunçunu komandaya gətirmək istəsəm belə, klub strukturundakı digər şəxslərin hamısı razı olmasa, bunu edə bilmərəm.

- Qarşıdakı "Kəpəz"lə oyundan nə gözləyirsiniz?
- Bu mövsüm yaxşı futbol sərgiləyən komandalar az deyil. Amma mən "Kəpəz"dən çəkinmirəm. Bu komanda yaxşı kollektiv futbol sərgiləyir. "Neftçi" də son iki oyunda inamlı çıxış edib. Ümid edirəm ki, qarşıdakı oyunda da belə olacaq və qələbə qazanacağıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.