16 mart 2016 16:20
Bəxtiyar Soltanov: Kəpəz 3-4-cü yerlər uğrunda mübarizə aparır
"Kəpəz"in hücumçusu Bəxtiyar Soltanov Topaz Premyer Liqasının 26-cı turu çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Neftçi"yə qalib gəlib, qələbə seriyamızı davam etdirmək istəyirik. Komandamız 3-4-cü yerləri tutmaq uğrunda mübarizə aparır. Hər şey öz əlimizdədir. Başa düşürük ki, "Kəpəz" avrokuboklara vəsiqə qazana bilər. "Neftçi" ilə oyunlarımız həmişə ağır keçir. Özü də onların güclü hücum xətti var. Bu oyunda maksimum diqqətli olmalıyıq. Rəqib komanda hazırda çətin günlərini yaşayır. Amma buna baxmayaraq, bizi çətin oyun gözlədiyinə əminəm".
