16 mart 2016 16:00
Millimizin Polşa, İrlandiya və Almaniya ilə oyunlarının başlama saatı
19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsində iştirak edəcək Azərbaycan yığmasının oyunlarının vaxtı müəyyənləşib. Azerisport.az xəbər verir ki, komandamız İrlandiyanın Dublin şəhərində aprelin 5-də Polşa, aprelin 7-də İrlandiya, aprelin 10-da isə Almaniya komandası ilə qarşılaşacaq.
Oyunların təqvimini təqdim edirik:
5 aprel
18:00. Azərbaycan - Polşa
7 aprel
23:30. İrlandiya - Azərbaycan
10 aprel
18:00. Azərbaycan - Almaniya
