16 mart 2016 15:40
Qurban Qurbanov Rəşad Sadıqovun məşqçilik kursuna qatılmasından danışdı
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Rəşad Sadıqovun UEFA məşqçilik kurslarına qatılmasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu, Rəşadın öz qərarıdır. O, məşqçilik kurslarına qatılmaq istədi. Onun nə vaxt karyerasını başa vuracağını, məşqçiliyə başlayacağını deyə bilmərəm. Belə qərarları Rəşad özü verə bilər. Həmçinin onun yığmanı tərk etməmək barədə qərarını da düzgün hesab edirəm. Yığmaya dəvət alan futbolçu daha məsuliyyətli olur, öz formasını qorumağa çalışır".
