16 mart 2016 14:20
Qurban Qurbanov: Reynaldo hələ 90 dəqiqə oynamağa hazır deyil
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandasının aparıcı oyunçularından olan Reynaldonun hazırkı durumundan danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Reynaldo hazırda komanda ilə birgə məşq edir. Amma hələ 90 dəqiqə oynamağa tam hazır deyil. Biz onun tam hazır olmasını gözləyirik. Ümid edirik ki, aprel ayında formasını tam bərpa edə biləcək".
