16 mart 2016 14:00
Qarabağ - Qalatasaray matçı baş tutmaya bilər
"Qarabağ"la Türkiyənin "Qalatasaray" klubu arasında keçirilməsi planlaşdırılan yoldaşlıq matçı baş tutmaya bilər. Azerisport.az xəbər verir ki, buna səbəb İstanbul nəhənginin hələ də Bakıya gəlməklə, bu matça çıxmaqla bağlı rəsmi razılıq verməməsidir.
Bu da matçın təşkilatçıları üçün problem yaradır. Çünki sözügedən matçın martın 29-da keçirilməsi nəzərdə tutulub. "Qalatasaray" rəhbərliyinin rəsmi razılıq cavabını gecikdirməsi isə təşkilatçıların onsuz da az olan vaxtını daha da qısaldır. Çünki matça bilet satışını həyata keçirmək, stadionu müəyyənləşdirmək qısa vaxt ərzində mümkünsüz görünür.
