16 mart 2016 12:20
Vidadi Rzayev: Neftçi Əsgər Abdullayevin istefasını qəbul etməməliydi
Azərbaycanlı futbol mütəxəssisi Vidadi Rzayev "Neftçi"nin çempionatdakı çıxışı və üzləşdiyi problemlər barədə danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Neftçi" rəhbərliyi Əsgər Abdullayevin istefasını qəbul etməməliydi. Bizdə o dəqiqə nəticə tələb edirlər. Vəli Qasımov bu komandaya cari mövsümdə təyin olunan üçüncü məşqçidir. Bu, bir klub üçün həddən artıq çoxdur. Abdullayev bu postda Samir Əliyevi əvəz etmişdi. Belə olan halda onun üçün təbii ki, müəyyən çətinliklər olacaqdı. Çünki heyəti o toplamamışdı. Ümid edirəm ki, Qasımov bu postda qalacaq və daha uzun müddət çalışmaq şansı qazanacaq".
