16 mart 2016 11:40
"Neftçi Nikolas Kanalesi növbəti mövsüm üçün transfer edib"
Azərbaycan yığmasının sabiq müdafiəçisi Aftandil Hacıyev Nikolas Kanalesin növbəti dəfə "Neftçi"yə qayıtmasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qış fasiləsi dönəmində transferlərə böyük pullar xərcləmək lazım idi. Amma bu edilmədi. Ola bilər ki, paytaxt klubuna Nikolas Kanalesi məhz indi heyətə qatmaq daha sərfəli idi. Mənə elə gəlir ki, "Neftçi" Kanalesi növbəti mövsüm üçün transfer edib. Çünki o, Azərbaycan futboluna tanış futbolçudur. Əvvəllər də burada çıxış edib, özü də kifayət qədər uğurlu alınıb. 3-4 aya əvvəlki formsını bərpa edə və növbəti mövsümdən "Neftçi"nin "vuran ayağı"na çevrilə bilər. Mənə elə gəlir ki, biz yenə əvvəlki Kanalesi görə biləcəyik".
