16 mart 2016 11:20

Orxan Qurbanlı: Neftçi Dauqavadan daha adlı-sanlı klubdur

Azərbaycanlı futbolçu Orxan Qurbanlı Latviyanın "Dauqava" klubundakı debüt matçından sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Artıq Latviya çempionatında debüt matçınıza da çıxdınız. "Metta/LU" ilə (1:2) mövsümün açılış matçı barədə nə deyə bilərsiniz?
- Oyuna pis başlamamışdıq. Hesabı da biz açdıq. Amma sonradan səhvlərə yol verməyə başladıq və sonda uduzduq. Fikrimcə, kollektivimiz çox gənc və təcrübəsizdir. Çünki ikinci yarıda biz rəqibi sıxsaq, qol vəziyyətləri yaratsaq da, onlardan yararlana bilmədik. Bir qədər bəxtimiz də gətirmədi. Uduzmalı deyildik.

- İlk dəfə legioner kimi meydana çıxdığınızı nəzərə alsaq, həyəcan var idimi?
- Əlbəttə, həyəcanlı idim. Amma özlüyümdə fikirləşirdim ki, mən burada Azərbaycanı, "Neftçi"ni təmsil edirəm. İlk matç üçün pis oynamadım. Mənə qarşı münasibət də normaldır. Burada əksəriyyət rus dilində danışır ki, bu da bizim üçün rahatdır. Buna görə də uyğunlaşmaq baxımından problem olmadı.

- Komandanın bu mövsüm üçün hədəfi nədir?
- Çempionatda ilk dördlüyə düşmək. Aprel ayında Latviya kubokunun 1/4 final mərhələsinin oyunları keçiriləcək. Bu turnirdə də irəli getmək istəyirik.

- Maraqlıdır, niyə məhz "Dauqava"?
- Bu təklifi mənə futbol menecerlərindən biri etdi. "Neftçi"də elə də çox oynamaq şansı qazanmırdım. Bu üzdən də Latviyadan gələn təklifi müsbət cavablandırdım. Hesab edirəm ki, bu addımım düzgündür. Fikrimcə, burada yaxşı oyun təcrübəsi qazanacağm. "Neftçi" rəhbərliyi ilə də məsləhətləşib, "Dauqava"ya keçməyə qərar verdim. Latviya klubu da məni bəyəndiyindən, "Neftçi"yə rəsmi müraciət etdilər. "Neftçi" rəhbərliyi sağ olsun ki, bu keçidlə bağlı heç bir problem yaratmadı və məni dəstəklədilər. Halbuki, mən heç bunu gözləmirdim.

- Bakılılar sizi Latviya klubuna pulsuz buraxıb? İcarə müddəti bitəndən sonra yenidən "Neftçi"yə qayıtmaq istəyirsiniz?
- İyunun 15-nə qədər icarə əsasında burada çıxış edəcəyəm. Amma lazım gəlsə, "Neftçi"yə qayıtmaq istəyərəm. Bu transferin maliyyə tərəfini açıqlamaq istəməzdim. Bircə onu deyə bilərəm ki, "Neftçi" mənə kömək etdi.

- Latviya çempionatından tranzit kimi istifadə edib daha güclü Avropa birinciliklərinə keçməyi düşünmürsünüz?
- Hələ bundan danışmaq çox tezdir. Əlbəttə, güclü klublarda oynamağı, Azərbaycanı Avropada təmsil etməyi hər kəs istəyir. Mən də istərdim ki, "Dauqava" mənim üçün bir tramplin olsun və daha güclü çempionatda oynamaq şansı qazanım. Yaxud da daha təcrübəli futbolçu kimi "Neftçi"yə qayıdım.

- "Neftçi"nin çıxışı kənardan necə görünür?
- Mən bu komandanın çıxışını həmişə izləməyə çalışıram. Onlara uğurlar arzulayıram.

- Yəqin ki, özünüz üçün Latviya və Azərbaycan çempionatları, "Dauqava" ilə "Neftçi" arasında müqayisələr aparmısınız...
- "Neftçi" daha adlı-sanlı, titullu, maliyyə baxımından imkanlı klubdur. Əgər mən "Neftçi"də oynamaq şansı qazana bilməyib, buraya icarəyə gəlmişəmsə, deməli, hər şey aydındır. Amma burada maliyyə şərtləri nə qədər zəif olsa da, məşq etmək, inkişaf etmək üçün hər cür şərait var. Mən də, komanda yoldaşım Mirabdulla Abbasov da bütün şəraitdən razıyıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.