16 mart 2016 11:00
Rahid Əmirquliyev martın 19-da vətənə qayıdacaq
"Qarabağ"ın yarımmüdafiəçisi Rahid Əmirquliyev Almaniyada əməliyyat olunmasına dair fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hər şey yaxşı keçdi. Artıq bərpa prosesi başlayır. Martın 19-da Azərbaycana qayıdacağam. Bərpa prosesini də orada davam etdirəcəyəm".
Qeyd edək ki, Rahid martın 2-də komandasının "Sumqayıt"la oyununda sıradan çıxmışdı.
