16 mart 2016 00:00
Azərbaycan Çernoqoriyaya qalib gəldi
Çernoqoriyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, Çernoqoriyanın U-19 yığması ilə qarşılaşan futbolçularımız 3:2 hesabı ilə qələbə qazanıb.
Yığmamızın heyətində Rövlan Muradov dubl edib. 1 qolun müəllifi isə Murad Xaçayev olub.
Bu komandalar arasında martın 17-də növbəti yoxlama oyunu keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. (AFFA)
