15 mart 2016 20:00
Təmkin Xəlilzadə: 1:5 hesablı məğlubiyyətin əvəzini çıxmaq istəyirdik
"Zirə"nin yarımmüdafiəçisi Təmkin Xəlilzadə Topaz Premyer Liqasının 25-ci turu çərçivəsində "Qəbələ" üzərində qazandıqları qələbəni şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Kubokdakı 1:5 hesablı məğlubiyyətin əvəzini çıxmağı çox istəyirdik. Buna nail ola bildik. Qələbə bizim ikinci pillədəki mövqeyimizi möhkəmləndirməyimizə kömək etdi. Eyni zamanda "Qəbələ"dən də aralanmağı bacardıq".
