15 mart 2016 19:00
Millimiz yoxlama oyununda beş qolla qalib gəldi
Dünya çempionatının pley-off mərhələsinə hazırlıq məqsədilə Bakıda təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan milli komandası yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, ölkə çempionatında çıxış edən klubların üzvlərindən ibarət yığma komanda ilə qarşılaşan milli 5:1 hesablı qələbə qazanıb.
Fineo de Araujonun dubl etdiyi oyunda millinin digər qollarını Auqusto Sezar, Amadeu Fernandes və Xətai Bağırov vurub. (AFFA)
