15 mart 2016 17:30
Nikolay Pisarev: Ümid edirəm ki, Azərbaycanla oyuna yaxşı hazırlaşacağıq
Rusiyanın 21 yaşadək futbolçulardan ibarət yığma komandasının baş məşqçisi Nikolay Pisarev AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan və Almaniyaya qarşı keçirəcəkləri oyunlarla bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Komanda martın 21-də toplanacaq. Həmin vaxta qədər ölkə çempionatlarında da bir neçə oyun olacaq. Heyətdə dəyişikliklər ola bilər. Amma çox az. Martın 24-də artıq Azərbaycanla oyun var. Ümid edirəm ki, bu oyuna yaxşı hazırlaşa biləcəyik. Bu oyundan sonra isə Almaniya ilə görüşə hazırlaşacağıq. Heyətə gəlincə, biz daha çox öz klubunda oyun təcrübəsi qazanan futbolçulara dəvət göndərmişik".
