15 mart 2016 16:20

Quliyevlə Ələsgərov milli komandaya dəvət almasından danışdı

Martın 21-dən 27-dək Türkiyənin Antalya şəhərində Azərbaycan milli komandasının təlim-məşq toplanışı, hazırlıq prosesi çərçivəsində - martın 26-da - Qazaxıstan yığması ilə yoxlama oyunu keçiriləcək. Azerisport.az xəbər verir ki, toplanışa dəvət olunmuş futbolçular arasında “Kəpəz”in iki üzvü də var.

Müdafiəçi Tərlan Quliyev və yarımmüdafiəçi Namiq Ələsgərov baş məşqçi Robert Prosineçkinin etimadını qazanıb. Klub saytı milliyə çağırılan hər iki oyunçunun fikirlərini öyrənib: 
 
Tərlan Quliyev: “Əvvəlcə deyim ki, bu bayram günləri mənim üçün ikiqat sevincli oldu. Ötən tur həm qələbə qazandıq, həm də millinin düşərgəsinə dəvət aldım. Yığmanın baş məşqçisi oyunlara baxıb, futbolçuları heyətə dəvət edir. Robert Prosineçkinin milliyə gəlişindən sonra üçüncü dəfədir ki, komandaya çağırılıram. Açığı, dəvət alacağımı gözləyirdim. Son oyunlarda “Kəpəz”in uğurlu çıxışı və bunda az da olsa, mənim də əməyimin olması, yığmaya yolumu açmışdı. Hər şey göz qabağındadır. Gəncə klubundan tək mən yox, digərləri də yığmaya namizəddir”.
 
Namiq Ələsgərov: “Demək olar ki, bir ildən sonra yenidən yığmaya çağırıldım. Ötən ilin martın sonunda Malta ilə görüşdə millinin heyətində ağır zədə almışdım. Uzun müddət müalicə olundum. Bərpa prosesindən sonra məşqlərə başladım, qışda “Kəpəz”dən dəvət alıb bu komandaya keçdim. Gəncə klubuna keçməyim düşərli oldu, yenidən yığmanın məşqçilər korpusunun diqqətini cəlb etdim. Robert Prosineçki Gəncədə oyunumu izlədikdən sonra haqqımda xoş sözlər söyləmiş, belə davam edəcəyim təqdirdə yığmaya dəvət alacağımı bildirmişdi. Təbii ki, bunun üçün sevinirəm”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.