15 mart 2016 16:00
Əsgər Abdullayevi Neftçinin Müşahidə Şurasında heç kim əvəz etməyəcək
"Neftçi"nin Müşahidə Şurasının üzvü olan Əsgər Abdullayev az sonra bu komandanın baş məşqçisi təyin olunsa da, bu postdan da istefa verəndən sonra paytaxt klubundan tamamilə ayrıldı. Amma azerisport.az saytının əldə etdiyi məlumata görə, "ağ-qaralar"ın Müşahidə Şurasında onu kiminləsə əvəz etmək haqda düşünmürlər.
Qeyd edək ki, Əsgər Abdullayev "Neftçi"dən ayrıldıqdan sonra ötən gün birinci divizionda çıxış edən "Turan Tovuz"la müqavilə imzaladı.
