Birinci divizion klublarının da cəzaları açıqlandı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra birinci divizionun 17-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Şəmkir” - “Bakı” matçının 90+3-cü dəqiqəsində “Bakı”nın futbolçusu Müşviq İlyasov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.
"Ağsu” - “Mil-Muğan” matçında “Ağsu”nun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 73-cü dəqiqəsində “Ağsu”nun futbolçusu Adil Tağıyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.
"Qaradağ Lökbatan” - “Bakılı” matçının 74-cü dəqiqəsində “Bakılı”nın futbolçusu Zahid Quliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.
