Zirənin məşqçisi 1 oyunluq cəzalandırıldı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının, eləcə də əvəzedicilərin çempionatının 25-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
"Qəbələ” - “Zirə” matçında “Zirə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 85-ci dəqiqəsində “Zirə”nin məşqçisi Anar Niftəliyev texniki zona qaydaların pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 1000 manat cərimə olunub.
"Sumqayıt” - “Qarabağ” matçında “Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Əvəzedici heyətlərin 25-ci turunun AZAL – “Neftçi” matçında AZAL-ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
