15 mart 2016 14:40
Rəvanla Zirə 1000 manat cərimə olundu
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan Kubokunun 1/4 mərhələsinin cavab oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
"İnter” - “Rəvan” matçında “Rəvan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
"Qəbələ” - “Zirə” matçında “Zirə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
