15 mart 2016 13:20
Kəpəz tarixi derbinin hazırlığına başlayır
Topaz Premyer Liqasının 25-ci turu çərçivəsində keçirilən “Kəpəz” – “Xəzər Lənkəran” oyunundan (2:0) sonra istirahətə buraxılan Gəncə klubunun üzvləri bu gün bir araya gələcək. Azerisport.az xəbər verir ki, Komanda həftəsonu “Neftçi” ilə keçiriləcək səfər oyununa Bakıda hazırlaşacaq.
“Sarı-göylər” həftəiçi hər gün saat saat 12:00-da məşqə çıxacaq. “Kəpəz” qarşıdakı matç öncəsi son məşqini görüşə ev sahibliyi edəcək “Bakcell Arena”da keçirəcək.
Qeyd edək ki, “Neftçi” – “Kəpəz” görüşü martın 19-da, saat 18:00-da başlayacaq. (klub saytı)
