15 mart 2016 13:00
Ruslan Abışov: Azərbaycan yığmasına qayıtdığım üçün şadam
"Qəbələ"nin müdafiəçisi Ruslan Abışov Azərbaycan yığmasına dəvət almasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Milli komandaya qayıtdığım üçün şadam. Məlum səbəblərdən son toplanışlara dəvət almamışdım. Darıxmışdım. Bu il isə uğurlu çıxış etmək və Azərbaycan yığmasına faydalı olmaq istəyirəm. Bunun üçün öz üzərimdə daha çox çalışmağım lazımdır. Çünki bizi qarşıda çətin oyunlar gözləyir. Buna hazır olmalıyam".
