15 mart 2016 12:40
"Rəşad Sadıqovdan yaxşı məşqçi olar"
AFFA-nın təşkil etdiyi məşqçilik kurslarının direktoru Aslan Kərimov azerisport.az saytına açıqlama verib. Həmin açıqlama ilə sizi də tanış edirik:
"Nə qədər yaxşı futbolçu olsan da, məşqçi olmaq istəyirsənsə, bunun üçün müvafiq təhsil almalısan. UEFA-nın bütün məşqçilik kursları bu baxımdan vacibdir. Hətta karyerasını davam etdirən hər bir futbolçu da bunu bilməlidir. Bu, onlara sadəcə, kömək edə bilər. Rəşad Sadıqovun karyerası sona yaxınlaşır. O, nə qədər tez öyrənməyə başlasa, bir o qədər yaxşıdır. Ola bilər ki, heç gələcəkdə məşqçi kimi yox, klubda hansısa başqa bir vəzifədə çalışacaq. Amma istənilən halda, məşqçilik kurslarında qazandığı biliklər onun köməyinə çatacaq. Şəxsən mən belə düşünürəm ki, Sadıqovdan çox yaxşı məşqçi olar".
