15 mart 2016 12:20

AFFA ilə Təhsil nazirliyi anlaşma Memorandumu imzaladı

Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb. Azerisport.az xəbər verir ki, memorandumu AFFA tərəfindən baş katib Elxan Məmmədov, Təhsil Nazirliyi tərəfindən nazir müavini, AFFA-nın İcraiyyə Komitəsinin üzvü Firudin Qurbanov İmzalayıb.

Memorandumun imzalanmasında məqsəd tərəflər arasında 2016-2020-ci illər üzrə əməkdaşlıq istiqamətlərini müəyyənləşdirmək, uşaq və gəncləri sağlam həyat tərzinə cəlb etmək, onların asudə vaxtlarının səmərəli təşkili üçün əlverişli mühit yaratmaq, gənclərin fiziki, əqli, sosial və mənəvi inkişafı üçün əngəl törədən zərərli vərdişlərdən çəkindirmək, ölkənin futbol üzrə milli və olimpiya yığma komandalarına ehtiyat idman qüvvələri hazırlamaq, habelə bir idman növü kimi futbolun inkişaf etdirilməsi, onun keyfiyyətinin və kütləviliyinin artırılmasından ibarətdir.

Tədbirdə təhsil nazirinin müavini F. Qurbanov çıxış edərək təhsil alanlar arasında sağlam həyat tərzinin təbliği, onlarda idmana olan marağın artırılması, fiziki tərbiyə üzrə fənn kurikulumunun tətbiqi üçün tədris metodikasının təkmilləşdirilməsi və s. istiqamətlərdə Nazirlik tərəfindən görülən işlər barədə danışıb, futbolun maddi-texniki bazasının yaxşılaşdırılması, futbol meydançalarının yaradılması, məktəbli futbolçulların idman ustalıqlarının və futbolun kütləviliyinin artırılmasında birgə əməkdaşlığın əhəmiyyətini qeyd edib.

AFFA-nın baş katibi Elxan Məmmədov öz çıxışında Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən uşaq, yeniyetmə və gənclər arasında futbolun populyarlaşması, bu yaş qruplarına daxil olanlar arasında futbolla məşğul olanların sayının artması istiqamətlərində həyata keçirilən müxtəlif layihələr barədə məlumat verib, bu layihələrin gənc nəslin sağlam həyat tərzinə istiqamətdirilməsi, zərərli vərdişlərdən uzaqlaşdırılması baxımından böyük əhəmiyyət kəsb etdiyini qeyd edib. Bu sahədə AFFA ilə Təhsil Nazirliyinin birgə fəaliyyətinin səmərəli və faydalı olacağını vurğulayıb.

İmzalanma mərasimdə Təhsil Nazirliyinin, AFFA-nın rəsmi şəxsləri, uşaq-gənclər futbol məktəblərinin direktorları iştirak edibər. (AFFA)

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.