15 mart 2016 12:00
"Özümü milliyə dəvət alan futbolçulardan zəif hesab etmirəm"
AZAL-ın kapitanı Rail Məlikov Azərbaycan yığmasına dəvət almamasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"AZAL-ın üzləşdiyi bütün çətinliklərə baxmayaraq, bir oyunçumuz (Murad Səttarlını nəzərdə tutur - red.) Azərbaycan millisinə dəvət aldı. Amma mən Emin Cəfərquliyevlə İlqar Ələkbərovun da milliyə çağırılacağını gözləyirdim. Özümü də Azərbaycan yığmasında görmək istərdim. Özümü milliyə dəvət alanlardan zəif hesab etmirəm. Hazırda yaxşı formadayam. Ümid edirəm ki, növbəti toplanışlar zamanı mənə də diqqət göstərəcəklər".
