15 mart 2016 11:20

Rövşən Hüseynli: Bizdən ancaq qələbə gözləyin

Futzal üzrə Azərbaycan yığmasının qapıçısı Rövşən Hüseynlinin azerisport.az saytına müsahibəsi

- Qarşıda dünya çempionatına vəsiqə uğrunda Niderland ilə pley-off oyunları var. Bu komanda ilə ilk oyundan nə gözləyirsiniz?
- Bu matç bizim üçün çox vacibdir. Qələbə qazansaq, böyük bir tarix yazmış olacağıq. Çünki Azərbaycan yığması ilk dəfə dünya çempionatında oynamaq hüququ qazanacaq. Bu şansı əldən vermək istəmirik. Səfər oyununda nə qədər böyük hesabla qalib gəlsək, bir o qədər yaxşıdır. Bizdən ancaq qələbə gözləyin. Çünki bizim yeganə hədəfimiz məhz buna nail olmaqdır.

- Sizcə, hollandlar yığmamıza sürpriz yaşada biləcək gücdədirlər?
- Hər şey ola bilər. Qazaxıstanın Avropa çempionatında son çempion İtaliyaya necə qalib gəldiyini xatırlayırsınız? Amma bizim hədəfimiz sürprizlə üzləşmək yox, tarix yazmaqdır.

- İlk oyunu səfərdə keçirmək nə dərəcədə sərfəlidir?
- Səfərdə başlamağımız yaxşıdır. Çünki ilk oyunda rəqibi daha yaxşı tanıyacağıq. Həyəcan da az olacaq. Daha sonra isə sakitcə cavab matçına hazırlaşmaq imkanımız olacaq. Bakıda azarkeş dəstəyi çox vacibdir. Bu, bizə əlavə stimul və güc verəcək. Qələbə qazanacağımız halda dünya çempionatına vəsiqəni doğma publika önündə bayram etməyin də öz yeri var.

- Niderland yığmasının heyəti ilə maraqlanmısınız?
- Məşqçilər korpusu rəqib barədə lazım olan məlumatları toplayır və bizə təqdim edəcəklər. Amma belə rəqib düşərgədə elə bir xüsusi oyunçu yoxdur ki, onun adı yadımızda qalsın.

- Bu komandanın heyətində Mərakeş əsilli çoxlu oyunçu var. Ərəb legionerlərin braziliyalı oyunçularımızdan daha güclü çıxmasından ehtiyatlanmırsınız?
- Rəqib komandada ərəblərin çoxluq təşkil etməsini bilirəm. Yüksək texnikaya malikdirlər, sürətlidirlər. Amma futzal oynamaq bacarığı millətlər üzrə fərqlənmir. Kim daha güclüdürsə, o da qalib gəlir.

- AÇ-dən sonra özünüzə gələ bilmisiniz?
- Demək olar ki, biz heç AÇ-dən sonra istirahət etmədik. 2-3 günlük fasilədən sonra məşqləri bərpa etdik. Daha sonra çempionatda "Neftçi" ilə qarşılaşdıq və 5:1 hesablı qələbə qazandıq. İndi də hollandlarla duelə hazırlaşırıq. AÇ bizə böyük təcrübə qazandırdı. Eyni zamanda müsbət və mənfi cəhətlərimizi gördük. Hazırda da səhvlərimiz üzərində çalışırıq.

- AÇ-dən öncə demişdiniz ki, qitə birinciliyində yaddaqalan oyunçulardan biri olmaq istəyirsiniz. Bu istəyinizə çatdınız?
- Daha yaxşı çıxış edə bilərdik. Özümə gəlincə, bu barədə siz nəsə deyə bilərsiniz. Mənə elə gəlir ki, Avropada rekorda imza atmaqla istəyimə çatdım. Amma bundan da yaxşı çıxış etmək üçün çalışacağam. Hələ ki, başqa klublardan təklif almamışam.

- Azərbaycan DÇ-yə vəsiqə qazansa, sizi mundialın keçiriləcəyi Kolumbiyaya səfər gözləyir. Bu ölkə ilə maraqlanmısınız?
- Məni daha çox dünya çempionatında görəcəyimiz atmosfer, həyəcan maraqlandırır. Kolumbiyanın necə ölkə olduğu ilə internetdə maraqlanmamışam. Aprelin 12-dən sonra baxaram (gülür).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.