15 mart 2016 11:40
Ruslan Tağızadə: Oyunda ilk qolu vurmağım xoş idi, amma...
"Rəvan"ın müdafiəçisi Ruslan Tağızadə Topaz Premyer Liqasının 25-ci turu çərçivəsində "İnter"ə qarşı keçirdikləri oyunu (1:3) şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İnter"ə ölkə kubokunda böyük hesabla məğlub olsaq da, çempionat matçına ciddi hazırlaşmışdıq və qələbə qazanmaq istəyirdik. Ən azından bir xal qazanmağı düşünürdük. Hətta hesabı da biz açdıq. Oyunda ilk qolu vurmağım xoş idi. Amma təəssüf ki, vurduğum qol heç bir işə yaramadı. Bu qola onda sevinərdim ki, komandamız ən azı bir xal qazanardı. Hər şey istədiyimiz kimi alınmadı".
