15 mart 2016 10:30
Toğrul Erat: Milliyə dəvət almağım mənim üçün gözlənilməz olmadı
Almaniyanın "Fortuna" klubunun yarımmüdafiəçisi Toğrul Erat Azərbaycan yığmasına dəvət almasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında Düsseldorf təmsilçisinin üzvü bunları söyləyib:
"Azərbaycan yığmasına dəvət almağından hələ xəbərim yoxdur. Bunu sizdən eşidirəm. Bu dəvəti gözləyirdim. Çünki "Fortuna"da əsas heyətin üzvüyəm, qollar vururam. Milliyə dəvət almağım mənim üçün gözlənilməz olmadı".
