15 mart 2016 01:00
Sadıqlı Xəzər Lənkərana kömək edə bilməyəcək
"Xəzər Lənkəran" əsas qapıçısı Orxan Sadıqlını itirib. Azerisport.az xəbər verir ki, sözügedən qolkiper Topaz Premyer Liqasının 26-cı turunda "İnter"ə qarşı oyunda komandasına kömək edə bilməyəcək.
Buna səbəb onun sarı vərəqə limitini doldurmasıdır.
Qeyd edək ki, "Xəzər Lənkəran" - "İnter" oyunu martın 20-də Lənkəranda keçiriləcək.
