15 mart 2016 00:40

Mirhüseyn Seyidov: Zirənin ikinci olması sürpriz hesab edilməməlidir

"İnter"in yarımmüdafiəçisi Mirhüseyn Seyidov Topaz Premyer Liqasının 25-ci turu çərçivəsində "Rəvan"a qarşı keçirdikləri oyundan (3:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Matçla bağlı nə deyə bilərsiniz?
- Bu, son on gündə "Rəvan"a qarşı üçüncü oyunumuz idi. Mənə gəlincə, zədədən sonra ilk dəfə sıraya dönmüşdüm. Buna görə bir qədər çətin idi. Yaxşı və ya pis oynadığımı deyə bilmərəm. Əsas odur ki, komandamız üç xal qazandı. Əlbəttə, qısa müddət ərzində eyni rəqibə qarşı bu qədər oynamaq asan deyil. Amma şadam ki, həm kubokda, həm də çempionatda istədiyimiz nəticəni qazana bildik.

- Artıq 22-ci dəqiqədə rəqib qapısından üç top keçirdiyiniz halda, qalan dəqiqələrdə qol vura bilmədiniz. Buna nə mane oldu?
- Fasilədə baş məşqçi bizə başa saldı ki, müdafiədən hücuma keçərkən çox tələsirik və belədə boşluqlar buraxırıq. Hesabda 3:1 üstün olduğumuz üçün buna ehtiyac yox idi. O, bizi sakit və kompakt oyun sərgiləməyə çağırdı. Biz də qalan dəqiqələrdə daha çox topu özümüzdə saxlamağa, az səhv etməyə, riskə əl atmamağa çalışdıq.

- 90 dəqiqə oynadığınızı nəzərə alsaq, tam bərpa olunduğunuzu demək olar?
- Bəli, əvəzedilmədən oynadım. Amma ikinci hissədəki çıxışımdan heç də razı qalmadım. Tez-tez top itirirdim. Zədə səbəbindən uzun müddət idi oynamırdım. Oyun təcrübəmin olmaması sözünü deyir.

- Qələbə sayəsində üçüncü pillədəki "Qəbələ" ilə xallarınızı bərabərləşdirdiniz. Bu komandanın ev oyununda "Zirə"yə uduzacağını gözləyirdiniz?
- "Zirə" bir neçə gün öncə "Qəbələ"yə kubok matçında 1:5 hesabıyla uduzsa da, bu komandanın necə güclü olduğunu bilirdim. Artıq neçə turdur qələbə qazanırlar, ikinci pillədə qərarlaşıblar. Lakin buna baxmayaraq, "Qəbələ"nin bu komanda ilə ən azı heç-heçə edəcəyini düşünürdüm. Amma sonda eşitdim ki, zirəlilər 2:1 hesabıyla qalib gəlib. "Zirə"nin bu qədər qələbə qazandığını nəzərə alsaq, onların indiki mövqeyi sürpriz hesab olunmamalıdır.

- Sizcə, "İnter"in Premyer Liqada çempion olması daha inandırıcıdır, ya kuboku qazanması?
- Sadəcə onu deyə bilərəm ki, qarşıdakı oyunlarda da özümüzü yaxşı tərəfdən göstərməyə, qələbələr qazanmağa çalışacağıq. Kubokun yarımfinalında bizi Premyer Liqada 13 xal qabaqlayan "Qarabağ"la qarşılaşacağıq. Buna baxmayaraq, finala vəsiqə qazanmağa çalışacağıq. Amma indidən kuboku qazanacağımızı, Premyer Liqanın çempionu olacağımızı deyə bilmərəm. Zaman hər şeyi göstərəcək. Aydın məsələdir ki, nəyəsə nail olmaq üçün əziyyət çəkməlisən.

- Keçmiş komandanız "Neftçi"nin üzləşdiyi hazırkı durumla bağlı nə deyə bilərsiniz?
- Biz "Neftçi"ni turnir cədvəlinin üst pillələrində görməyə alışmışıq. Çox istərdim ki, indi onlar da iddialılar sırasında olsun. Bunu səmimi deyirəm. Çünki mən də bu klubun yetirməsiyəm, neçə il orada oynamışam. Bütün uğurlarıma "Neftçi"də imza atmışam. Bir-iki adama görə bu klub barədə heç vaxt pis nəsə demərəm. Ola bilər ki, klubun hazırda hansısa problemləri var. Amma mən onlar barədə danışmaq istəmirəm. İndi başqa klubda olduğum üçün ola bilsin ki, "Neftçi" barədə danışmaq mənə düşməz. Allah özü onlara kömək olsun. Şəxsən mənim üçün "Neftçi"nin "İnter"dən yuxarı pillələrdə olması problem olmaz. Əksinə, bu, çempionatda rəqabəti artırar. Biz də "Neftçi"ni həmişə görməyə alışdığımız pillələrdə görərik. Bu komandada yaxşı dostlarım var. Araz Abdullayevlə ümumiyyətlə, bir evli kimiyik. Məqsəd İsayevlə, Aqil Məmmədovla, Nikolas Kanaleslə, Erik Ramosla yaxşı münasibətim var. Aqillə qardaş kimiyik. Əsas odur ki, "Neftçi" "qara zolaq"dan çıxsın.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.