15 mart 2016 00:00
Ruslan Qurbanov: AZAL yaxşı müdafiə olunduğu üçün qalib gələ bilmədik
"Neftçi"nin hücumçusu Ruslan Qurbanov Topaz Premyer Liqasının 25-ci turu çərçivəsində AZAL-a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 1:1 hesablı heç-heçə ilə bağlı bunları söyləyib:
"Bizim qol vurmaq üçün başqa şanslarımız da oldu. Amma onlardan yararlana bilmədik. Rəqib yaxşı müdafiə olundu. Əfsuslar olsun ki, qələbə qazana bilmədik. Meydanda olarkən öz hisslərimə sahib çıxmağa çalışıram. Amma buna nail ola bilmirəm. Çünki mən uduzmağa alışmamışam. Əlbəttə, son uğursuzluqlara görə özümüz günahkarıq. Nikolas Kanalesə görə şadam. Sağ olsun ki, son oyunda qol vurdu, komandamızı məğlubiyyətdən xilas etdi. İnanıram ki, o, əvvəlki formasını bərpa edəcək və sübut edəcək ki, o, hələ də 25 qol vuran Kanalesdir".
