14 mart 2016 17:20
AZAL-ın futbolçusu: Təəssüf ki, Neftçi ilə oyunda 1 xalla kifayətlənməli olduq
AZAL-ın yarımmüdafiəçisi Murad Səttarlı Topaz Premyer Liqasının 25-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyundan (1:1) danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Meydana qələbə üçün çıxmışdıq. Oyundan öncə üzərimizdə heç bir təzyiq yox idi. Ona görə də meydanda özümüzü rahat hiss edirdik. Sadəcə, qələbə hesabını sonadək qoruya bilmədik. Təəssüf ki, bir xalla kifayətlənməli olduq".
