14 mart 2016 16:20
Murad Səttarlı: Ümid edirəm ki, millidə debütüm uğurlu alınacaq
AZAL-ın yarımmüdafiəçisi Murad Səttarlı Azərbaycan yığmasına dəvət almasından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Məni izlədiklərini bilirdim, amma dəvət alacağımı dəqiq bilmirdim. Yığmaya rəsmən dəvət olunduğumu ilk dəfə sizdən eşidirəm. Nə deyə bilərəm? Buna görə çox şadam. Bu mövsüm öz üzərimdə çox çalışıram. Əslində, yığmaya çoxdan dəvət gözləyirdim. Millimizin şərəfini qorumağı çox istəyirdim. Bu, mənim üçün bir şansdır. Qazaxıstanla yoxlama matçında özümü yaxşı tərəfdən göstərib, millinin daimi üzvü olmaq istəyirəm. Berti Foqts məni bir dəfə seleksiya xarakterli toplanışa dəvət etsə də, əsas heyətə daxil etməmişdi. Ona görə də bu dəfə millidə debüt edəcəyəm. Ümid edirəm ki, debütüm uğurlu alınacaq".
