14 mart 2016 16:00

Neftçi üçün tarixi hadisə

Topaz Premyer Liqasının dünən keçirilən XXV turu “Neftçi” üçün tarixi hadisə ilə əlamətdar olub. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin çilili hücumçusu Nikolas Kanales klubun Azərbaycan çempionatlarında 1200-cü qolunu vurub. 1992-ci ildən keçirilən yarışın iki daimi iştirakçısından biri olan “ağ-qaralar” AZAL-la matçadək 681 oyunda 1199 qol (texniki nəticələr nəzərə alınmamaqla) sevinci yaşamışdı. AZAL Arenada bərabərlik qolunu vurub, 1:1 hesabını rəsmiləşdirən Kanales 1200-cü topun müəllifi olub. Bakılılar bu toplardan 695-ni evdə, 485-ni səfərdə, 20-ni neytral meydanlarda vurublar. Azərbaycan çempionatlarında ən çox qol vuran komandanının 1200 topu rəqiblər, futbolçular, mövsümlər və yubileylər baxımından belədir:
 

Bombardirlər. “Neftçi”nin futbolçuları 1183 qol vurub və 17 dəfə də rəqiblərin avtoqollarına sevinib. Paytaxt təmsilçisinin heyətində indiyədək 121 futbolçu qol vurmağı bacarıb. “Ağ-qaralar”ın çempionatdakı 10 ən yaxşı bombardiri Samir Ələkbərov (99), Qurban Qurbanov (66), Yunis Hüseynov (58), Nazim Əliyev (42), Bahodir Nasimov, Nikolas Kanales (hər ikisi 38), Nadir Nəbiyev (37), Vadim Vasilyev (32), Branimir Subaşiç, Flavinyo (hər ikisi 31) daxildir. Bu siyahıda yalnız Kanales karyerasını “Neftçi”də davam etdirir ki, 1200-cü qolun müəllifi də öz hesabına 38-ci topu yazaraq 5-ci pilləyə şərik olub.


Rəqiblər. “Neftçi” ölkə çempionatlarında qarşılaşdığı bütün komandalara qol vurub. 52 rəqibin qapısına yol tapan “ağ-qaralar”ın ən çox məyus etdiyi 10 komanda siyahısında “Bakı” (70), “Turan” (69), “Kəpəz” (63), “İnter” (62), “Qarabağ” (59), “Şahdağ” Qusar (49), “Xəzər” Sumqayıt (47), MOİK (46), AZAL (45), “Xəzər Lənkəran” (42) yer alıblar.


Mövsümlər üzrə. “Neftçi” bir mövsümdə 100-dən daha çox qol vuran yeganə komanda (həmin mövsümdə “Xəzər” 100 qol vurub) adını qazandığı 1992-ci ildə 104 dəfə fərqlənib. “Ağ-qaralar” 1996/97 mövsümündə 98, 1998/99 mövsümündə 65, 2003/04 mövsümündə 62, 1994/95 və 1995/96 mövsümlərində 60 qol vurmağa nail olublar. Bakılılar digər mövsümlərdə ən azı 25 dəfə fərqləniblər: 2012/13 – 59, 2011/12 – 55, 2010/11 – 53, 2000/01, 2004/05, 2005/06 – hərəsində 51, 2013/14 – 48, 2006/07 – 47, 2007/08 – 39, 2014/15 – 38, 2003/04, 2007/08 – hərəsində 37, 1993 – 36, 2001/02, 1999/2000 – hərəsində 35, 2008/09 – 30, 2009/10 – 25. Cari  - XXIV çempionatda 24 qol vuran paytaxt klubu antirekordunu arxada qoymaq üçün 2 dəfə rəqib qapılarına yol tapmalıdır.


Yubileylər. Kanales “Neftçi”də yubiley qolu vuran 5-ci legionerdir. Aleksey Stukas 500-cü, Stenli Udenkvor 700-cü, Adrian Neaqa 900-cü, Melvin Platye 1100-cü qolun müəllifi olmuşdu. Hollandiyalının müəllifi olduğu yubileydən növbəti əlamətdar qoladək 913 gün keçib. “Neftçi”nin ilk qolu isə 1200-cüdən 8710 gün öncə - 1992-ci il mayın 3-də Sumqayıt “Xəzər”i ilə oyunda qeydə alınıb. Bakılılara 1:0 hesablı qələbəni Yunis Hüseynovun penalti zərbəsi qazandırıb.

qol

Tarix

oyun

Futbolçu

1

08.05.1992

Neftçi – Xəzər S – 1:0

Yunis Hüseynov, 87

100

13.10.1992

İnşaatçı S – Neftçi – 0:1

Samir Ələkbərov*

200

23.10.1994

Xəzər L – Neftçi – 0:3

Mais Əzimov*

300

18.09.1996

Fərid – Neftçi – 0:3

Yaşar Vahabzadə, 65

400

27.09.1997

Neftçi – Dinamo – 2:0

Qurban Qurbanov, 72

500

31.10.1999

Neftçi – Kəpəz – 3:1

Aleksey Stukas, 85

600

25.11.2001

Xəzər Universiteti – Neftçi – 0:2

Vadim Vasilyev, 75

700

13.12.2004

Neftçi – Kəpəz – 2:0

Stenli Udenkvor, 49

800

10.11.2006

Bakı – Neftçi – 0:1

Aqil Məmmədov, 4

900

22.08.2009

Neftçi – Turan – 2:0

Adrian Neaqa, 3

1000

04.12.2011

Neftçi – Simurq – 4:2

Araz Abdullayev,10, 36

1100

12.09.2013

Neftçi – İnter – 3:1

Melvin Platye, 45+1

1200

13.03.2016

AZAL – Neftçi – 1:1

Nikolas Kanales, 60

* - oyunun protokollarında qolların dəqiqəsi yazılmayıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.