14 mart 2016 15:40

Neftçidə 22-ci məşqçi

Topaz Premyer Liqasının 25-ci turu Vəli Qasımovun Azərbaycan çempionatlarında debütü ilə əlamətdar olub. Azerisport.az xəbər verir ki, futbolçu kimi ölkə çempionatlarında iştirak etməyən, yalnız SSRİ dövründə “Neftçi”nin formasını geyinən 48 yaşlı mütəxəssis sabiq komandasını baş məşqçi kimi AZAL-la matça çıxarıb.

Komandada debütü ölkə kubokuna təsadüf edən Qasımovun Premyer Liqadakı ilki 1:1 hesablı heç-heçə ilə nəticələnib. Bu oyunadək “ağ-qaralar”ı Azərbaycan çempionatı görüşlərinə 21 baş məşqçi çıxarmışdı. Qasımov bu siyahıya 22-ci çalışdırıcı kimi daxil olub. O, cari mövsümün əvvəlki hissəsində “Neftçi”yə rəhbərlik etmiş məşqçilər Samir Əliyev və Əsgər Abdullayev kimi paytaxt təmsilçisinin “sükanı arxasında” debüt edib.

 “Neftçi”nin Azərbaycan çempionatlarındakı bütün məşqçiləri: Əhməd Ələsgərov (1992, 1998/99, 1999/2000), Sergey Kramarenko (1993), Böyükağa Ağayev (1993, 2008/09, 2009/10), Vaqif Sadıqov (1993, 1993/94, 1994/95, 1995/96, 2009/10), Asif Əliyev (1995/96, 1997/98, 1998/99), Kazbek Tuayev (1995/96, 1996/97, 1997/98, 1998/99, 2001/02, 2003/04, 2004/05), Ruslan Abdullayev (1997/98), Şamil Heydərov (1999/2000), Asəf Namazov (2000/01), Oqtay Abdullayev (2000/01), Ağasəlim Mircavadov (2004/05, 2005/06), Qurban Qurbanov (2006/07, 2007/08), Vlastimil Petrjela (2007/08), Anatoli Demyanenko (2007/08, 2008/09), Hans Yurgen Gede (2008/09), Arif Əsədov (2009/10, 2010/11, 2014/15), Böyükağa Hacıyev (2011/12, 2012/13, 2013/14, 2014/15), Tərlan Əhmədov (2013/14), Nazim Süleymanov (2013/14), Samir Əliyev (2015/16), Əsgər Abdullayev (2015/16). (PFL)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.