14 mart 2016 14:40
Birinci divizionda 18-ci turun oyun cədvəli açıqlandı
Futbol üzrə Azərbaycan birinci divizionunda 18-ci turun oyun cədvəli açıqlanıb. Azerisport.az sizi növbəti turun proqramı ilə tanış edir.
Birinci divizion
18-ci tur
17 mart (cümə axşamı)
"Göyəzən” – “Qaradağ Lökbatan”
Qazax şəhər stadionu, 14:00.
“Neftçala”- “Turan Tovuz”
Binə qəsəbə stadionu, 14:00.
“Bakı” – “Zaqatala”
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu, 15:00.
18 mart (cümə)
“Bakılı” – “Şərurspor”
Bakı. "İnter Arena", 4-cü meydança, 14:00.
“Energetik” – MOİK
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 15:00.
“Mil-Muğan” – “Şəmkir”
Heydər Əliyev adına İmişlı şəhər stadionu, 15:00.
“Şahdağ” – “Ağsu”
Şövkət Orduxanov adına Qusar şəhər stadionu, 15:00.
