14 mart 2016 14:20
UEFA-nın saytında Bakıda baş tutacaq AÇ ilə bağlı videosüjet
uefa.org saytında Azərbaycanda futbolun inkişaf eməkdə olması barədə videosüjet yerləşdirilib. Azerisport.az xəbər verir ki, ölkəmizin bu il U-17 Avropa çempionatının final mərhələsinə ev sahibliyi edəcəyi xüsusi vurğulanan videomaterialda AFFA-nın baş katibi Elxan Məmmədovun, Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin, 21 yaşadək qızlaran ibarət Azərbaycan yığmasının baş məşqçisi Patrisiya Qonzalesin və U-16 qızlar yığmasının üzvü Sanay Fətullayevanın qısa müsahibələri də yer alıb.
Videosüjet uefa.org saytında “Football flourishing in U17 host nation Azerbaijan” başlığı ilə təqdim olunub.
