İlqar Qurbanov: Zirənin Qəbələ üzərindəki qələbəsini sürpriz hesab etmirəm
"Qarabağ"ın müdafiəçisi İlqar Qurbanov Topaz Premyer Liqasının 25-ci turu çərçivəsində "Sumqayıt" üzərində qazandıqları qələbəni şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Çox vacib üç xal qazandıq. Qələbəyə görə sevincliyik. Çünki "Sumqayıt"la əvvəlki çempionat oyunlarımızda xallar itirmişdik. Qarşıda "Qəbələ" ilə oyun var. Həmin görüşdə də qələbə qazanmaq istəyirik. Bizi çox ağır oyun gözləyir. Ötən gün bu komanda "Zirə"yə uduzdu. Yəqin ki, bu üzdən bizimlə oyunda üç xal qazanmağı daha çox istəyəcəklər. Bizə isə xal itirmək olmaz. "Zirə"nin "Qəbələ" üzərindəki qələbəsini sürpriz hesab etmirəm. Medallar uğrunda mübarizə aparan komandalardır. Ümumiyyətlə, bu mövsüm sürpriz nəticə yoxdur. İstənilən komanda xal itirə, qələbə qazana bilər".
