14 mart 2016 11:20
Emin Nurili Kalmar İsveç kubokunun yarımfinalında!
İsveç kubokunda 1/4 final mərhələsinin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin komandası - "Kalmar" da növbəti matçına çıxıb.
Sözügedən klub bir oyundan ibarət olan bu mərhələdə "Helsinqborq"la qarşılaşıb. Matçın əsas və əlavə vaxtında qapılara qol vurulmayıb. Penalti zərbələrini daha dəqiq yerinə yetirən (5:4) "Kalmar" adını kubokun yarımfinalına yazdırıb. Start heyətdə meydana çıxan Emin bu görüşdə də 90 dəqiqə mübarizə aparıb.
Qeyd edək ki, "Kalmar"ın yarımfinaldakı rəqibi "Malmö" olacaq.
