14 mart 2016 00:50
Nelson Bonilya: Vurduğum qolları anama həsr edirəm
"Zirə"nin hücumçusu Nelson Bonilya Topaz Premyer Liqasının 25-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 2:1 hesablı qələbəsi barədə bunları söyləyib:
"Qollarımı anama həsr edirəm. Çünki onun bu gün ad günüdür. O, böyük məsafə qət edərək mənim yanıma gəlib ki, ad gününü birgə keçirək. Mövsümü uğurla başa vurmaq istəyirik. "Qarabağ" və "Qəbələ" kimi komandalar qarşılarına çempionluq hədəfi qoya bilərlər. Amma biz mövsümü mümkün qədər yaxşı nəticə ilə başa vurmaq barədə düşünürük". (CBC)
