14 mart 2016 00:05

Nikolas Kanales: AZAL-la heç-heçə bizi qane etmədi

"Neftçi"nin hücumçusu Nikolas Kanales Topaz Premyer Liqasının 25-ci turu çərçivəsində AZAL-a qarşı keçirdikləri oyundan (1:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- "Neftçi" yenə qələbə qazana bilmədi. Oyunla bağlı nə düşünürsünüz?
- Nəticə, təbii ki, gözlədiyimiz kimi olmadı. Qələbə qazanmalı idik. Bunun üçün qol şanslarımız da oldu. Heç-heçə bizi qane etmədi.

- Qazonun süni örtüklü olması sizinlə müqayisədə rəqib üçün əlavə üstünlük yaratmırdı?
- Şəxsən mənim üçün bunun heç bir problemi yoxdur. Amma ola bilər ki, AZAL bu baxımdan müəyyən üstünlüyə malik olsun.

- Vurduğunuz qol barədə nə deyə bilərsiniz?
- Qol vurduğum üçün şadam. Bir neçə ay idi ki, qol vura bilmirdim. Bu da məndə təzyiq yaradırdı. Fikrimcə, bundan sonra hər şey yaxşı olacaq.

- Əvvəlki Kanalesin qayıtdığını demək olar?
- Elə də demək olar. Bu, mənim matçdakı yeganə qol şansım idi, ondan da yararlandım.

- Xəbəriniz var ki, siz bu gün "Neftçi"nin Azərbaycan çempionatlarındakı 1200-cü qolunu vurdunuz?
- Əlbəttə, belə tarixi bir qolun müəllifi olmaq çox xoşdur. Ümid edirəm ki, bundan sonra da qollar vuracağam.

- "Neftçi" həmişə çempionluq uğrunda mübarizə aparıb. Komandanın indi yeddinci yerdə olması sizə qəribə gəlmir?
- Əlbəttə. Əvvəlki mövsümlərlə müqayisədə fərq böyükdür. Problemlərlə üzləşən tək "Neftçi" deyil. Maliyyə problemi bütün ölkədə hökm sürür. Klubumuz bu vəziyyətə uyğunlaşıb, maksimum nəticə üçün mübarizə aparmalıdır.

- Meydanda Flavinyo və Julius Vobay kimi futbolçular üçün darıxmırsınız?
- Onlar üçün darıxıram (gülür). İki il əvvəl həmin uşaqlarla birgə oynayırdım. Onlarla az uğurlar qazanmamışıq.

- Yəqin ki, Premyer Liqada bu mövsüm ciddi uğur qazana bilməyəcəksiniz. Bəs kubokdakı şanslarınızı necə qiymətləndirərdiniz? Yarımfinalda "Qəbələ"ni keçə biləcəksiniz?
- Hər kəs öz şansından yararlanmağa çalışır. Yarımfinalda bizi iki oyun gözləyir. Finala vəsiqə qazanmaq lazımdır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.