Samir Abasov: Uduzsaq da, bu dəfə Qarabağa qarşı yaxşı oynadıq
"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının 25-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 0:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Bu oyun kubokdakı görüşlərdən fərqlənirdi. Mənə elə gəlir ki, bu dəfə daha yaxşı oynadıq. Uşaqlar uğur qazanmağı çox istəyirdilər. Amma ikinci qolu buraxandan sonra belə rəqibə qalib gəlməyin çətin olacağını anladıq. Motivasiya yüksək idi. Meydana heç-heçə üçün də yox, qələbə üçün çıxmışdıq. Yaxşı oyun alındı, maraqlı, sürətli hücumlar çox oldu. Artıq "Rəvan"la növbəti oyuna hazırlaşmalıyıq".
Abasov Vaqif Cavadovun çıxışına da toxunub: "Cavadovla bağlı çox sual verilir. Mən artıq bu suallara cavab verməkdən yorulmuşam. Onda özünə inam var. Ümid edirik ki, tezliklə əvvəlki formasını bərpa edəcək". (CBC)
